Dollar bahalaşıb


14:40     13 Oktyabr 2015 dollar8.jpg

Bu gün oktyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 13-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0475 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0016 manat və ya 0,13% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb.

Açar sözlər:

Oxunub: 929