Eldar Əzizov: "Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlanır"
13:49 09 Noyabr 2018
“Hazırda mütəxəssislər Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlayır, rəy formalaşıb. Sadəcə olaraq vaxt tələb olunur”.
Femida.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov deyib.
Onun sözlərinə görə, baş verən hadisə təbii prosesin nəticəsidir: “İnsan amili bunu yalnız sürətləndirə bilər. Sürüşmə baş verəndə, adətən, günahkarı axtarıb tapmağa çalışırlar. Ola bilər kimsə öz fəaliyyəti ilə buna təkan verə bilər. Lakin belə hadisələr hətta daş dövründə, eləcə də XVIII əsrdə də olub. Bu gün baş verənlərin qarşısını tam həcmdə almaq çətin məsələdir. Hər halda həm yerli, həm də xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyir və ictimaiyyətə əlavə məlumatlar veriləcək”.
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- İstanbulun Baş prokuroru : "Dünya türkləri Şuşanın azad olunmasını təntənə ilə qeyd edirlər"
- Azərbaycan Prezidenti: "Biz sülh müqaviləsini imzalamağa hazırıq"
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam
- Ərdoğan: "Fərqli bir həyəcanın içərisindəyik"
- Türkiyənin vitse-prezidenti: “Şuşada hakimiyyətin təmin edilməsi sevindiricidir”
- Vaqif Dərgahlı: “Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”
- Prokurorluq: Bərdədə ağaclar baş həkimin göstərişi ilə kəsilib
- Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
- DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib
- SOCAR: 700-ə yaxın işçi dənizdən təxliyyə edilib