Belarusda dəhşətli olay - QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər
14:05 09 Noyabr 2018
Adının açıqlanmasını istəməyən Abşeron sakini redaksiyamıza məktub yazaraq, qarşılaşdığı hadisə barədə məlumat verib. O, Xırdalan parkında çəkildiyi iddia edilən fotolar göndərib.
Femida.az xəbər verir ki, göndərilən fotolarda parkdakı skamyaların kənarlarına qanlı şprits başlıqları keçirildiyi görünür.
Apardığımız araşdırmadan sonra fotoların Belarusiya mətbuatında 5 gün öncə yayımladığını gördük. Görünən odur ki, vətəndaş hadisə barədə tam məlumatlı olmayıb. Başqa sözlə desək, bu şəkillər Azərbaycanda çəkilməyib.
Əziz vətəndaşlar, bu cür əməllər xaricdə baş versə də, Azərbaycanda da baş verəcəyindən heç kim sığortalanmayıb. Odur ki, siz də istənilən mühitdə ehtiyatlı olun. Bu cür addımlar xəstəliyi başqasına keçirmək məqsədi ilə edilir.
Qeyd edək ki, belə əməl törədən şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov Femida.az-a açıqlamasında bunu diqqətə çatdırıb:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Amin Nəzərli
Femida.az
Oxunub: 8344
Oxşar xəbərlər
- Azərbaycanda QİÇS-dən ölənlərin sayı azalıb
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- Ölkədə QİÇS xəstələrinin sayı açıqlanıb
- Ötən il nikaha daxil olmaq istəyən 135 nəfərdə QİÇS aşkarlanıb
- Bakı sakini QİÇS-dən ölüb
- Bu il evlənmək istəyən 126 nəfərdə QİÇS aşkarlanıb
- Bu il Azərbaycanda 524 nəfər QİÇS-ə yoluxub
- Nikaha daxil olmaq istəyən 542 nəfərdə QİÇS aşkarlanıb
- Xərçəng və QİÇS-in müalicəsini tapan həkim müəmmalı şəkildə öldürüldü
- Evlənmək istəyən 64 nəfərdə QİÇS aşkarlanıb