Belarusda dəhşətli olay - QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər


14:05     09 Noyabr 2018 2018/11/45727177_626764281053036_4109387759209152512_n_1541757971.jpg

Adının açıqlanmasını istəməyən Abşeron sakini redaksiyamıza məktub yazaraq, qarşılaşdığı hadisə barədə məlumat verib. O, Xırdalan parkında çəkildiyi iddia edilən fotolar göndərib.

Femida.az xəbər verir ki, göndərilən fotolarda parkdakı skamyaların kənarlarına qanlı şprits başlıqları keçirildiyi görünür.

Apardığımız araşdırmadan sonra fotoların Belarusiya mətbuatında 5 gün öncə yayımladığını gördük. Görünən odur ki, vətəndaş hadisə barədə tam məlumatlı olmayıb. Başqa sözlə desək, bu şəkillər Azərbaycanda çəkilməyib.







Əziz vətəndaşlar, bu cür əməllər xaricdə baş versə də, Azərbaycanda da baş verəcəyindən heç kim sığortalanmayıb. Odur ki, siz də istənilən mühitdə ehtiyatlı olun. Bu cür addımlar xəstəliyi başqasına keçirmək məqsədi ilə edilir.

Qeyd edək ki, belə əməl törədən şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov Femida.az-a açıqlamasında bunu diqqətə çatdırıb:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Amin Nəzərli

Femida.az

Açar sözlər: #QİÇS   #park   #iynə   #Abşeron   #Xırdalan   #vəkil   #Ziya_Bağırov  

Oxunub: 8339