İlham Əliyev körpü tikintisinə 4 milyon ayırdı

İlham Əliyev körpü tikintisinə 4 milyon ayırdı


16:32     09 Noyabr 2018 prezident26.jpg

Prezident İlham Əliyev Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 127