Nazirlik daha 160 ailəyə yardım etdi
17:24 09 Noyabr 2018
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra rayonlarda (Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir və s.) üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.
Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.
Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.
İşsiz və işaxtaran insanlar, onların ailə üzvləri bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan fəal və ardıcıl dövlət siyasətinə, o cümlədən aztəminatlı ailələrin kiçik təsərrüfatlara və bununla gəlirlərini artırmaq imkanlarına malik olmaları üçün mal-materiallar formasında göstərilən dövlət dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.
Hazırda bu proses davam etdirilir.
Femida.az
Oxunub: 481
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib