Dünya liderləri Parisdə toplanır


20:18     09 Noyabr 2018 2018/11/trump-merkel-putin-erdogan_1541780467.png

Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdə anım tədbiri keçiriləcək.


Femida.az xəbər verir ki, noyabrın 11-ə planlaşdırılan tədbirdə 70-dən çox dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.

Dəvətlilər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey və Rusiya prezidenti Vladimir Putin də var. Tədbirdən sonra liderlər arasında görüşlərin keçirilməsi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 560