Kürdəmirdə yol qəzası - Qadın xəsarət alıb


20:22     09 Noyabr 2018 big_1405422456_qeza.jpg

Kürdəmir rayonunda yol qəzası baş verib.

Femida.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində "06"nın sürücüsü və sərnişini Pirili kənd sakini - 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 401