Daha bir qəza Hacıqabulda - 3 nəfər yaralanıb


20:34     09 Noyabr 2018 Qeza2.jpg

Hacıqabul rayonunda yol qəzası baş verib.


Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "Kia" markalı minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sərnişinlər - 1971-ci il təvəllüdlü Qaradağ rayonu sakini Həsənova Hicran Aydın qızı, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Mustafayeva Aysel Tahir qızı və 2008-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Elcan Elvin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 398