Xırdalanda boya sexi yanıb, 1 nəfər xəsarət alıb


21:55     09 Noyabr 2018 yangin_38673636.jpg

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 358