Tanınmış idmançımız DÇ-də erməni ilə üz-üzə
10:39 10 Noyabr 2018
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb.
Mehman Xəlilov (57 kq) meksikalı Rikardo Alkantara ilə, Abdulla Abdullayev (74 kq) almaniyalı Yanik Ventsellə mübarizə aparacaq.
Döyüş sambosunda isə tanınmış idmançımız Bəxtiyar Abbasov (82 kq) ilk görüşündə erməni Davit Petrosyanla qarşılaşacaq.
Qeyd edək ki, Bəxtiyar Abbasov üç il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. O, çıxış etdiyi 90 kq çəki dərəcəsində çempion olmuş Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi. (oxu.az)
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Tanınmış jurnalist vəfat etdi
- Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub
- Tanınmış türk iş adamı öldürüldü
- Tanınmış pediatr koronavirusdan öldü
- Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb
- Tanınmış musiqiçi dənizdə boğulub öldü
- Tanınmış azərbaycanlı müğənni koronavirusdan vəfat etdi
- Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib
- Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib