Tarixin ən qorxunc savaşçıları: Ölsələr də, sayları heç vaxt azalmayan ordu...+VİDEO


11:18     10 Noyabr 2018 2018/11/maxresdefault-(2)_1541834671.jpg

Adları, silahları və döyüş taktikaları ilə tarixdə iz qoymuş bir çox ordu və savaşçılar var. Bir çox filmlərdə səhnələşdirilən bu savaşçılar həqiqətən var olub və amansızcasına döyüşüblər.
Femida.az tarixin ən qorxunc ordusu haqqında maraqlı faktları təqdim edir.


Fars ölümsüzləri - tarixin ilk xüsusi təyinatlıları olub. Əhəməni imperatorluğu dövrü ordunun xüsusi bölməsi olan "ölümsüzlər" adlarını heç vaxt saylarının əskilməməsindən alırdı. Sayları 10000 nəfər idi və ölən döyüşçünün yerinə yenisi gətirilir, say həmişə eyni qalırdı. Dövlətin müxtəlif yerlərindən yarışlarla seçilən bu döyüşçülər, müəyyən fiziki göstəricilərə sahib olmalı idilər. 2 il xüsusi təlimlər alırdılar amma yenə bu birliyə qatılmaq üçün bir sıra döyüşlərdə iştirak etməli idilər. Ölümsüzlər, əsasən döyüşlərə qatılmazdılar yalnız fövqəladə hallarda döyüşə daxil olurdular. Heredotun məlumatına görə Spartalılar fars ordusunun ilk dəstələrini məhv etdikdə Ölümsüzlər Spartalıları mühasirəyə almış və döyüşün talehini həll etmişdilər.Daha ətraflı məlumatı videodan izləyə bilərsiniz.




Femida.az

Açar sözlər: #ordu   #Xüsusi_təyinatlı   #Femida.az  

Oxunub: 3692