ABŞ mətbuatı xəbərdarlıq edib: Rusiya bizi xəritədən silə bilər


11:56     10 Noyabr 2018 2018/11/raket_1541836704.jpg

ABŞ-ın ballistik raketlərdən müdafiə imkanlarına malik olmadığını bildirən jurnal Rusiyanın təxminən 528 ballistik raketi olduğunu yazıb


Mərkəzi Vaşinqtonda yerləşən hərbi analitika jurnalı "The National Interest" Rusiyanın müharibə vəziyyətində ABŞ-ı xəritədən silə biləcəyini yazıb/

Femida.az "Haber7"yə istinadla xəbər verir ki, mərkəzi Vaşiqtonda yerləşən jurnalda ABŞ-ın raket əleyhinə müdafiə sistemi olmadığı deyilib.

Qeyd edilib ki, Rusiyanın 528 ballistik raketinin kiçik bir hissəsi ABŞ-ı yer üzündən silə bilər.

ABŞ-ın ballistik raketlərdən müdafiə imkanlarına malik olmadığını bildirən jurnal Rusiyanın təxminən 528 ballistik raketi olduğunu yazıb.

Jurnal Rusiyanın yaxın zamanda istifadəyə verəcəyi insan səsindən 20 qat daha sürətli "Avanqard" raketlərindən də bəhs edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın "Avanqard", "Sarmat" və "Xəncər" adı ilə 3 yeni raket sistemini uğurla inkişaf etdirildiyini açıqlamışdı.

Açar sözlər:

Oxunub: 525