55 telefonla gömrüyü keçmək istədi - TUTULDU


16:17     10 Noyabr 2018 18_11_10_1541843345.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Vaz 21120" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Femida.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd “X-İnnova T210”, 38 ədəd “Etel E3”, 10 ədəd “Rivco X10”, 6 ədəd “Kigtel A310” markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: DGK   gömrük  

Oxunub: 590