"Facebook"da göndərilən faylları silmək olacaq


16:52     10 Noyabr 2018 facebook_020514.jpg


Növbəti “Facebook Messenger” versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək.

Noyabrın 7-də buraxılan sonuncu “Facebook Messenger 191.0” versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq:

“İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq”.

Proqram yenilənməsinin nə vaxt ediləcəyi barədə dəqiq məlumat açıqlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 461


Oxşar xəbərlər