Kaliforniyada yanğında ölənlərin sayı artdı - 6700 ev və iş yeri yandı


17:42     10 Noyabr 2018 18_11_10_1541856149.jpg

ABŞ-ın Kaliforniya ştatında bir neçə gündür davam edən meşə yanğınlarının yaşayış məntəqələrinə də keçməsi səbəbindən itkilər yaşanır.


Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Paradis qəsəbəsində ölənlərin sayı 9 nəfərə çatıb. 35 nəfərin isə itkin düşdüyü bildirilir.

362 kv.km-lik məsafəyə yayılan yanğın 6700 ev və iş yerini yandıraraq külə çevirib.

Ştatda fövqəladə vəziyyət elan edilib və yanğının hökm sürdüyü bölgələrdən 250 min nəfərin təxliyyə edilməsi barədə göstəriş verilib.

Açar sözlər:

Oxunub: 469