Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək


19:05     10 Noyabr 2018 18_11_10_1541858475.jpg

Avropa Şurası baş katibinin müavini Qabryella Battaini-Draqoni (Gabriella Battaini-Dragoni) noyabrın 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

Femida.az bildirir ki, o, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) İcraçı Komitəsi və Yaradıcı Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) 1999-cu ildə yaradılıb. Təşkilatın əsas fəaliyyəti dopinqsiz idmanın inkişafı etdirilməsi uğrunda çalışmaq, bu məqsədlə elmi tədqiqatlar aparmaq, dünya ölkələri arasında bu sahədəki qanunların eyniləşdirilməsinə nail olmaqdan ibarətdir.

Açar sözlər:

Oxunub: 457