Göygöldəki qəzada sərnişin öldü


19:18     10 Noyabr 2018 18_11_10_1541859068.jpg

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.


Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 417