Bu ölkədə terror aktı 50 nəfərin həyatına son qoydu


20:13     10 Noyabr 2018 18_11_10_1541866554.jpg

Somalinin paytaxtı Moqadişo şəhərində ard-arda dörd terror aktı törədilib.

Öncə terrorçu-kamikadzelər Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında özünü partladıblar.

Daha iki partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib. Törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb, 58 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb. (Azvision)

Femida.az

Açar sözlər:

Oxunub: 424