Tramp qəbristanlığa getməkdən imtina etdi - Fransada


20:57     10 Noyabr 2018 18_11_10_1541867956.jpg

ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi "Bois Belleau" qəbristanlığına getməkdən imtina edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib. O, bu gün Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçirilən foruma dünyanın bir neçə ölkəsinin dövlət başçıları qatılacaq. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 395