DGK: Gürcüstandan gətirilan 26 ton yararsız kartof tezliklə geri göndəriləcək
10:42 11 Noyabr 2018
Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin Maliyyə Nazirliyinə istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən Femida.az-a verilən məlumata görə, DGK bildirir ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.
Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəblər üzündən-bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.
Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kq kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.
Bundan əvvəl AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytardığı bildirilib.
Femida.az
Oxunub: 601
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"