Ərdoğan Trampla görüşdü


12:01     11 Noyabr 2018 18_11_11_1541922729.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Parisdə bir araya gəlib.

İki lider Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərlə bağlı ölkə rəhbərləri şərəfinə verilən axşam yeməyində ayaqüstü söhbətləşiblər.

Ziyafətə xanımları ilə birlikdə qatılan Ərdoğan və Tramp daha sonra masada yanaşı əyləşərək söhbətlərini davam etdiriblər.

Qeyd edək ki, amerikalı rahib Endryu Branson azadlığa buraxılmasından sonra Türkiyə və ABŞ arasında siyasi gərginlik azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 323