2 fəhləni elektrik vurdu - Ağstafada


12:36     11 Noyabr 2018 18_11_11_1541925472.jpg

Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

Hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 536