Bu virus 200 nəfərin həyatına son qoydu


12:53     11 Noyabr 2018 18_11_11_1541925637.jpg

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma halları 326-ya çatıb.

Bu barədə Konqonun Səhiyyə Nazirliyi məlumat yayıb.

İnformasiyada bildirilir ki, noyabrın 9-u Şimali Kivu və İturi əyalətlərində 326 Ebola virusuna yoluxma halı qeydə alınıb, onlardan 291-i təsdiqlənib və 201 nəfər dünyasını dəyişib.

Bəyanatda deyilir: "Dünyada heç bir epidemiya bizim bu gün yaşadığımız qədər çətin olmayıb".

Konqoda ilk dəfə ebola epidemiyası 1976-cı ildə qeydə alınıb. İndiyə qədər epidemiya 10 dəfə olub. Hazırkı epidemiya bütün əvvəlkilərdən daha ağırı hesab edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 388