Yolun ortasında dönmə əməliyyatı etdi, 3 maşın toqquşdu


14:42     11 Noyabr 2018 2018/11/7EEEAE0D-C007-4543-9A00-85541BA70E13_1541934611.jpeg

Abşeron rayonun Saray qəsəbəsi ərazisində 3 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.

Femida.az report-a istinadən bildirir ki, qəza baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin məlumatına görə, "50-BL-314" dövlət qeydiyyat nişanlı "VAZ-2101" markalı avtomobil yolun ortasında geriyə dönmə əməliyyatı apararkən əks tərəfdən gələn "44-BR-917" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı atomobillə toqquşub. Toqquşmanın təsirindən "VAZ-2101" həmin yolla hərəkət edən "Honda" markalı avtomobilə çırpılıb.

"VAZ-2101"in salonunda olan sərnişinlərdən biri xəsarət alıb və təcili xəstəxanaya çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 523