Moskvada bomba təhlükəsi: vağzallar boşaldıldı


20:52     11 Noyabr 2018 18_11_11_1541951629.jpg

Moskvada insanlar dəmir yolu vağzallarından təxliyə olunub.

Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb anonim bomba xəbərdarlığı olub.

Naməlum şəxs zəng edərək bildirib ki, paytaxtın Kiyev vağzalında partlayıcı qurğu quraşdırılıb. Bundan sonra vağzaldan minədək insan təxliyə olunub.


Ardınca Belarus vağzalına bomba qoyulduğu bildirilib və təxliyə işlərinə başlanılıb.

Hələlik bomba xəbərdarlığının doğru olub-olmadığı məlum deyil.

Açar sözlər:

Oxunub: 387