Bakıda müəmmalı hadisə: “BMW” markalı avtomobili ilə birgə yoxa çıxdı


21:55     11 Noyabr 2018 18_11_11_1541953832.jpg

Bakıda polisə müraciət edən qadın oğlunun itkin düşdüyünü bildirib.


Publika.az xəbər verir ki, Dilbər Məhərrəmova (ad şərtidir) Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, oğlu Elçin Məhərrmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində “ART” hotelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu “BMW” markalı avtomobili ilə birgə görüblər.

Müraciət əsasında araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 420