Yevlaxda 1 otaqlı ev yanıb


08:32     12 Noyabr 2018 yangin_38673636.jpg

Yevlax şəhərinin Aran qəsəbəsində ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yevlax   #Yanğın   #Ev   #FHN  

Oxunub: 323