Velosipedçini maşın vurdu


09:04     12 Noyabr 2018 qeza_velosiped_045.jpg

Mingəçevirdə yeniyetmənin idarə etdiyi velosiped mikroavtobusa çırpılıb.

Femida.az "report"-a istinadən bildirir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib.

Belə ki, mikroavtobus velosipedlə hərəkətdə olan 2003-cü il təvəllüdlü şəhər sakini Behbudov Ömər Amir oğlunu vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya qaldırılıb.Yaralıya travmatoloji yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 426