Türkiyədə terror aktı: 2 əsgər həlak olub


09:14     12 Noyabr 2018 2018/11/8C766277-BB19-4DA9-8BAC-595476E2668B_1541998841.jpeg

Türkiyənin Şırnak vilayətində terror aktı törədilib.

Femida.az bildirir ki, PKK terror təşkilatı tərəfdarlarının əvvəlcədən yola basdırdıqları əldədüzəltmə bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 5 nəfər isə yaralanıb. Əraziyə əlavə əsgər qüvvəsi göndərilib.

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları isə İraqın şimalında yerləşən terror düşərgəsini bombalayıb. Hava zərbələri ilə 4 terrorçunun məhv edildiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 321