Yeni xəbər kanalı ilk yayıma başlayır - TEST
10:14 12 Noyabr 2018
Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 bu gün daxili test yayımına çıxacaq”.
Femida.az xəbər verir ki, bunu Report-a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.
O bildirib ki, xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal fəaliyyətə başlayacaq.
İ.Həsənov qeyd edib ki, ekspert qrupunun tərkibinə yerli və xarici mütəxəssislər daxildir: “Bütün səylərimiz izləyicilərimizə daha dolğun bir məzmunda verlişlər təqdim etməyə hesablanıb. Gələn həftə ərzində tamaşaçılar telekanalı açıq yayımda izləyə biləcəklər”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi Türkel TV MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Femida.az
Oxunub: 637
Oxşar xəbərlər
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
- Yeni ildə neçə gün tətil olacaq?
- Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb
- Yeniyetmə kanalda boğuldu
- Yeni sayğaclarda balansı internet üzərindən artırmaq mümkün olacaq
- Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
- Yeni Türkiyə səfirindən ilk açıqlama
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO