SSRİ-yə səfər edən ilk Türkiyə prezidenti KİM OLUB?


12:10     12 Noyabr 2018 18_11_12_1542010208.jpg


Türkiyənin 5-ci prezidenti olan Cövdət Sunay 1899-cu ildə Trabzonda anadan olub. İbtidai və orta təhsilini Ərzurumda alıb.

1918-ci ildə Misirdə ingilislərə qarşı döyüşüb. Döyüşdə əsir düşən Sunay 1 ildən artıq İngiltərə əsirliyində qalıb. Daha sonra sərbəst buraxılan Cövdət İstanbula qayıdaraq, yenə də vətənpərvər fəaliyyətinə davam edib.

Əsirlik onu nəinki ruhdan salmır, Sunay tezliklə Milli Qurtuluş Hərəkatına qoşulur. Qəhrəmanmaraş və Qaziantepdə fransızlara qarşı vuruşur.

1930-cu ildə Hərbi Akademiyadan zabit kimi məzun olan Cövdət 1933-cü ildə mayor, 1940-cı ildə podpolkovnik, 1943-cü ildə polkovnik rütbəsi alıb. 1949-cu ildə general rütbəsinə yüksəlib və Türkiyə Silahlı Qüvvələrinin Qərargahında yüksək vəzifələrdə çalışıb.



1960-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah Rəisi seçilib. 1966-cı ilə qədər bu vəzifədə çalışan C.Sunay öz istəyi ilə təqaüdə çıxıb. Daha sonra millət vəkili seçilən Sunay o vaxtkı sistemə əsasən, hakimiyyətdəki 15 senatordan biri olub. 28 mart 1966-cı ildə isə TBMM onu prezident seçib.

Sunay 1969-cu il noyabrın 12-də SSRİ-yə səfər edərək, Türkiyə tarixində SSRİ-yə gedən ilk prezident olur. C.Sunay 36 nəfərlik heyətlə Moskvaya səfər edir. 9 günlük səfər çərçivəsində O, Moskva ilə yanaşı, Kiyev, Tiflis və Bakıda da olur. Sunay dövrün SSRİ rəhbəri Leonid Brejnevlə görüşür. Səfərin əsas məqsədi Kipr məsələsi, təhlükəsizlik, Yaxın Şərq və Vyetnam məsələləri olur.

Sunay Türkiyənin 5-ci prezidenti idi. O, 22 may 1982-ci ildə dünyasını dəyişib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #SSRİ   #Türkiyə   #prezident   #Cövdət_Sunay  

Oxunub: 1425