Maşınlardan oğurluq edən şəxs tutulub

Maşınlardan oğurluq edən şəxs tutulub


12:31     12 Noyabr 2018 qaraj%20meyit%20masinda.jpg

Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus “Mercedes”, Xiyabani küçəsində isə İslam Babayevə məxsus “KİA” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 143