Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
12:40 12 Noyabr 2018
Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.
Femida.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib:
"Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəisinin müavini təyin edilib”.
Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.
İki gün əvvəl Y.İsakovun DTX-da məsul vəzifəyə təyin olunduğu bildirilsə də, söhbətin hansı vəzifədən getdiyi açıqlanmamışdı.
Y. İsakov bu təyinatadək Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmin vəzifəyədək isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Y.İsakov daha əvvəllər "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, məqalələri "Day.az", "1News.az", "Aznews.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub.
Xatırladaq ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- DTX: "Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb"
- DTX-nin rəis müavini: "Kibertəhlükə ilə mübarizədə birgə fəaliyyətə ehtiyac var"
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb