Gömrükdə özünü şübhəli apardı - Bağırsağından narkotik çıxdı
12:46 12 Noyabr 2018
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 5 ədəd "metadon" həbləri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı