Bakıdan Pekinə yeni uçuşlar başladı
12:56 12 Noyabr 2018
Bakı – «Azərbaycan Hava Yolları» (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.
Femida.az xəbər verir ki, 2018-ci il dekabrın 1-dən 2019-cu il martın 26-dək yerinə yetirilən uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:
Bakı-Pekin-Bakı marşrutu üzrə - 399 avro
Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək.
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur. Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.
Endirimli qiymətlərlə aviabiletləri www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.
AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:
(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.
Elektron poçt: [email protected]
Femida.az
Oxunub: 401
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb