Xəritələr cızıldı,plan hazırlandı - Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri hazır vəziyyətdə


15:47     12 Noyabr 2018 18_11_12_1542023345.jpg

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.




Femida.az

Açar sözlər: #Ordu   #Müdafiə_Nazirliyi   #Video  

Oxunub: 3154