Daha 4 şəhid hərbçi vərəsəsinə arxiv sənədləri verildi - 11 min manatla bağlı


15:51     12 Noyabr 2018 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg


Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən vərəsələrdən daha 4 nəfəri - Əliyeva Zərifə Əli qızı, Veysəlov Elçin Aydın oğlu, Binnətova Əkrabə Vəli qızı, Cəfərova Almaz Əli qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar.

Femida.az xəbər verir ki, həmin vərəsələrə şəhid hərbi qulluqçulara görə əvvəllər onlara sığorta ödənişinin həyata keçirildiyinə dair aidiyyəti qurumların arxivlərindən çıxarılmış təsdiqedici sənədlər təqdim edilib.

Təqdim edilən sənədlər sırasına vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına yazılmış imzalı ərizələr, bu ərizələr əsasında notariat kontorlarından sığorta ödənişi alınması üçün verilən vərəsəlik şəhadətnamələri və s. daxildir.

Qəbul zamanı şikayətçilərə müvafiq izahatlar verilib. Şəhid hərbi qulluqçulara görə əvvəllər sığorta ödənişi ilə təmin olunmuş vərəsələrin yenidən birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər: #ƏƏSMN   #əmək   #nazirlik  

Oxunub: 478