İslam oyunlarının çempionu olan azərbaycanlı idmançı 4 illik diskvalifikasiya olundu

İslam oyunlarının çempionu olan azərbaycanlı idmançı 4 illik diskvalifikasiya olundu


16:34     12 Noyabr 2018 18_11_12_1542026268.jpg


Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimli 4 il idman yarışlarından uzaq qalacaq. Onun orqanizmində qadağan olunmuş peraparat aşkarlanıb.

Femida.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atletin orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılıb.

Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O, həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra karyerasını başa vurub.

A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib.

Femida.az

Açar sözlər:

Oxunub: 218