40 ilin məhkumu həbsdə öldü


16:44     12 Noyabr 2018 hebsxanamehkum3.jpg


Azərbaycanda məhkum ölüb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə Penitensiar xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Mahmudov 40 il həbs həyatı yaşayıb. Belə ki, o, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Sonuncu həbsi zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə, ümumilikdə, 37 il məhkumluq həyatı yaşayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 417