Nazir Tərtərdə vətəndaşlarla görüşəcək


19:32     12 Noyabr 2018 2018/04/inam-kerimov-1_1524482315.jpg

Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Femida.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 580