Bu il Azərbaycandan meyvə-tərəvəz daşıyan 36 nəqliyyat vasitəsi geri qaytarılıb
19:43 12 Noyabr 2018
“Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, qida məhsulları idxal edən şirkətlərlə yanaşı, ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq: “İxracatçılara da bəyan etdik ki, fəaliyyətləri zamanı ölkədən məhsul ixrac edərkən kimin məhsulun içərisində keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olubsa, onlara asan ixrac mexanizmi tədbiq olunacaq. Onların məhsulları daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da iş adamlarının məhsularını daha çevik ixrac etməklərinə səbəb olacaq”.
Q.Təhməzli eyni zamanda vurğulayıb ki, Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa ölkələrindən geri qaytarılmayıb: “Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub. O da geri qayıtmayıb. Bu da keçən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”. (Report)
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir