Mağazadan 2 min manat oğurladılar


20:17     12 Noyabr 2018 ogurluq%20seyf.jpg

Qəbələdə mağazadan 2 min manat oğurlayan şəxslər saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, noyabrın 11-nə keçən gecə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində mağazaların birindən 2000 manat pul oğurlanıb.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Cavidan Məhiyəddinli və Nemət Alcanov saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 351