Gəncədə partlamamış hərbi sursat tapılıb

Gəncədə partlamamış hərbi sursat tapılıb


20:37     12 Noyabr 2018 2018/11/DE8545D2-2D34-4ECA-9F9B-EB358F9A0AFD_1542034302.jpeg

Gəncədə 120-dən çox partlamamış hərbi sursat tapılıb.

Ərazilərini Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az- a verilən məlumata görə, 2018-ci il 12 Noyabr tarixində saat 11:59-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi ev 56-da partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasının partladıcısı və 112 ədəd müxtəlif çaplı patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 164