İcra başçısının keçmiş müavininin evinə basqın olub- Qızılları aparıldı
21:40 12 Noyabr 2018
Qazax rayonunda maskalı şəxs evə basqın edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.
Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.
Oxunub: 458
Oxşar xəbərlər
- İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?
- İcra başçısının sabiq xanım müavini məhkəmə zalında HƏBS OLUNDU
- İcra başçısı özünə yeni köməkçi təyin edib
- İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
- İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- İcra başçısının bacısı oğlu həbs edilib
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib
- İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
- İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi