46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü


22:45     12 Noyabr 2018 ağac.jpg

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 517