14 yaşlı məmur oğlu maşınla həmkəndlisini vurdu


23:15     12 Noyabr 2018 piyada%20qadin.jpg

Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107” markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 434