14 yaşlı məmur oğlu maşınla həmkəndlisini vurdu
23:15 12 Noyabr 2018
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107” markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.
S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 1429 yeni yoluxma qeydə alındı, 17 nəfər öldü
- 140 yeni yoluxma qeydə alındı
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 144 yeni yoluxma faktı qeydə alınıb
- 14 şəhid ailəsi və müharibə əlili evlə təmin olundu
- 146 yeni yoluxma qeydə alındı, 154 nəfər sağaldı
- 141 yeni yoluxma - 151 xəstə sağaldı