İranda 39 ildən sonra ilk: Qadınlar kişilərlə birlikdə stadiona buraxıldı - FOTOLAR


09:36     13 Noyabr 2018 18_11_13_1542087426.jpg


Tehranın Azadlıq stadionunda Asiya Çempionlar Liqası çərçivəsində İranın ən məşhur komandalarından olan Persepolis Yaponiyanın “Kashima” klubu ilə üz-üzə gəlib.

Matç 0: 0 bitsə də, İran üçün tarixi bir oyun olduğunu söyləyə bilərik.

Femida.az xəbər verir ki, 39 ildən sonra ilk dəfə İranda kişilərin çıxış etdiyi bir idman növünü qadınlar da izləyib. 1979-cu ildən bəri İranda qadınların kişilərlə birlikdə idman yarışlarını izləməsi qadağan olunmuşdu.

500-ə yaxın qadın azarkeş unudulmaz bir futbol gecəsi keçirib. Həmin andan fotoları təqdim edirik:











Amin Nəzərli

Femida.az

Açar sözlər: #İran   #futbol   #qadın   #azadlıq  

Oxunub: 618