Ermənistan Ankaranın Kamal Öksüz tələbini rədd etdi – ABŞ-a görə


09:55     13 Noyabr 2018 18_11_13_1542088541.jpg


Ermənistan Baş Prokurorluğu Türkiyə Baş Prokurorluğunun tələbini rədd edib. Söhbət Fətullahçı Təşkilata üzv olmaqda günahlandırılan Kamal Öksüzün təhvil verilməsindən gedir.

Femida.az xəbər verir ki, Ermənistan Baş prokurorluğu buna səbəb kimi ABŞ-ın Öksüzü Türkiyədən daha əvvəl istədiyini göstərib:

“Bəli, Ankaradan Kemal Öksüzün Türkiyəyə ekstradisiya olunması barədə tələb almışıq. Amma ABŞ Türkiyədən əvvəl bu tələbi bizə göndərmişdi. Ankaranın tələbi gələndə biz artıq onu ABŞ-a vermək barəsində qərar qəbul etmişdik".

Erməni lobbisinə qarşı çıxan türk əsilli ABŞ vətəndaşı Kevin (Kemal) Öksüzün ekstradisiya tələbində onun FETÖ-çü olduğuna dair sübutlar da göstərilib.

Qeyd edək ki, Öksüz ABŞ Konqresinin Etik Məclisini saxta sənədlərlə aldatdığı üçün 23 avqust 2018-ci ildə İnterpol tərəfindən axtarışa verilib. 29 avqustda isə o, İrəvanda həbs olunub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Türkiyə   #Ermənistan   #ABŞ   #Kemal_Öksüz   #siyasət   #dünya  

Oxunub: 587